Bakı-Şamaxı magistralında ağır yol qəzası: 1 ölü, 3 yaralı
Bizi izləyin

Qırmızı.az

Bakı-Şamaxı magistralında ağır yol qəzası: 1 ölü, 3 yaralı

Kəskin dumanlı hava şəraiti ağır yol qəzasına səbəb oldu.

Kəskin dumanlı hava şəraiti ağır yol qəzasına səbəb oldu.

Bu gün saat 14:30 radələrində Qobustan rayonunun Cəngi qəsəbəsi ərazisində ağır yol-qəza hadisəsi qeydə alınıb. Bakı-Şamaxı magistralının 69-cu km-də Bakıdan Göyçay istiqamətinə gedən "VAZ 2105" markalı avtomobil qarşı tərəfdən gələn "Mercedes" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində, "VAZ 2105"-də olan Göyçay şəhər sakini, 1981-ci il təvvəllüdlü Məmmədov Rəşad dünyasını dəyişib. Həmin maşında olan 1958-ci il təvəllüdlü Əzimov Eldar Yunis oğlunun da ağır yaralandığı bildirilir. "Mercedes"də olan iki nəfər - 1955-cil təvəllüdlü Məmmədova Dünya Cəlal qızı və Məmmədova Rəqibə isə ağır bədən xəsarətləri alıblar. Toqquşma nəticəsində xəsarət alanlar Qobustan rayon xəstəxanasına çatdırılıb, lakin hər üç yaralının vəziyyətlərinin ağır olmasına görə Bakıdakı xəstəxanalardan birinə göndərilib. Faktla bağlı araşdırma aparılır. /anspress/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm