Evdən və avtomobildən oğurluq etmiş şəxslər saxlanılıb
Bizi izləyin

Qırmızı.az

Evdən və avtomobildən oğurluq etmiş şəxslər saxlanılıb

Tovuz rayon sakini İsaxan Ələsgərovun evindən pul və qızıl əşyaları oğurlanıb.

Tovuz rayon sakini İsaxan Ələsgərovun evindən pul və qızıl əşyaları oğurlanıb.

Oğurluğu törətmiş Gəncə şəhər sakini Ruslan Abbasov rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb.

Şəmkirdə isə Mehman Məmmədova məxsus “VAZ-2106” markalı avtomobildən akkumulyator oğurlanəb.

Rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini Həsrət Əliyev saxlanıb.

Nizami rayonunun Keşlə qəsəbəsində kirayədə yaşayan Ucar rayon sakini Sadiq Heydərovun evindən mobil telefon oğurlanıb.

Hadisəni törətmiş Ucar rayon sakini Pərvin Həsənov Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən tutulmuşdur.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, faktlarla bağlı cinayət işi açılmışdır, araşdırmalar aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm