Hazırda Bakıya güclü qar yağır - VİDEO
Bizi izləyin

Qırmızı.az

Hazırda Bakıya güclü qar yağır - VİDEO

Bakıda qar yağmağa başlayıb. Təxminən bir saatdır paytaxtda qar yağır.

Bakıda qar yağmağa başlayıb. Təxminən bir saatdır paytaxtda qar yağır.

Qar yağmağa başlayan kimi problemlər də başlayıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, şəhərin müxtəlif yerlərində tıxaclar yaranıb. Ən ciddi vəziyyət Yasamal, Binəqədi, Xətai və Sabunçu rayonlarındadır. Yasamal rayonundakı “Qələbə” dairəsində tıxacın uzunluğu 500 metri ötüb.

Qeyd edək ki, bu gün günorta saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti pisləşib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, yanvarın 31-də Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı, gecə və səhər bəzi yerlərdə intensiv olacağı gözlənilir. Arabir güclənən şimal-şərq küləyi əsəcək. Çovgun olacağı ehtimalı var. Gecə və gündüz 1-3 dərəcə şaxta olacaq. Axşam temperatur bir qədər də enəcək, 5 dərəcəyədək şaxta olacağı proqnozlaşdırılır. Yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında yanvarın 31-də arabir qar yağacaq, bəzi yerlərdə intensiv və güclü olacağı gözlənilir. Arabir güclənən şimal küləyi əsəcək. Aran rayonlarında gecə 0-4 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

Dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 2-7 dərəcə şaxta olacağı gözlənilir. Bəzi rayonlarda çovğun olacağı ehtimalı var. Yollar buz bağlayacaq. /Musavat/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm