Qırmızı.az
Mübariz Qurbanlı: “Qeyri-ənənəvi cərəyanlardan tam sığortalanmamışıq”
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı bu gün Sumqayıt şəhərində dini icmaların nümayəndələri ilə görüş keçirib.
Komitənin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının I müavini, Dini İşlər üzrə Komissiyanın sədri Rövşən Sadıxov, Dövlət Komitəsinin Sədr müavini Gündüz İsmayılov Sumqayıt şəhəri ilə yanaşı, Abşeron və Xızı rayonlarının dini icmalarının nümayəndələri iştirak ediblər.
M. Qurbanlı çıxış edərək bildirib ki, müstəqilliyimizin bərpasından sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışı prosesi sürətlənib.
Son illərdə ölkədə bütün sahələrdə olduğu kimi, milli-mənəvi dəyərlərə dövlət qayğısının daha da artdığını diqqətə çatdıran M. Qurbanlı prezident İlham Əliyevin təşəbbüsü ilə əsaslı təmir və bərpa olunan ibadət ocaqlarının, ziyarətgahların sayının günü-gündən artdığını bildirib:
“Bu gün ölkəmizdə dinlərarası münasibətlər yüksək səviyyədədir. Hər kəsin dini etiqad azadlığı var. Lakin bununla yanaşı, milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan, o cümlədən ölkə əhalisinin əksəriyyətinin etiqad etdiyi İslam dini və mədəniyyətinin düzgün təbliği prioritet məsələlərdəndir”.
DQİDK-nın sədri diqqətə çatdırıb ki, son vaxtlar qeyri-ənənəvi cərəyanlar din adından istifadə etməklə, öz ideologiyalarını yaymağa çalışırlar:
“Biz bunu dünyanın müxtəlif ölkələrində görürük. Azərbaycanda bu istiqamətdə problemlər ciddi olmasa da, biz bundan tam sığortalandığımızı da deyə bilmərik. Amma düzgün dini təbliğat, insanlara dinin ali prinsiplərini mükəmməl formada çatdırmaq dini icmaların əsas vəzifəsidir”.
Gün.Az
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO