Bolu bələdiyyə rəisi Qənirə Paşayeva ilə - FOTO
Bizi izləyin

Qırmızı.az

Bolu bələdiyyə rəisi Qənirə Paşayeva ilə - FOTO

Bolu bələdiyyə başqanının rəhbərlik etdiyi nümayəndə heyəti Xocalı Soyqırımı və "güllələnmiş heykəllər"i ziyarət edib, erməni vəhşiliklərini lənətləyiblər.

Bolu bələdiyyə başqanının rəhbərlik etdiyi nümayəndə heyəti Xocalı Soyqırımı və "güllələnmiş heykəllər"i ziyarət edib, erməni vəhşiliklərini lənətləyiblər.

Türkiyənin Bolu vilayətinin bələdiyyə başçısı Alaaddin Yılmazın rəhbərlik etdiyi heyət Xocalılarla görüşdü və "soyqırımı törədənlər ədalət qarşısında cavab verməlidirlər" dedilər.

Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin dəvəti ilə ölkəmizə səfər edən Türkiyənin Bolu vilayətinin bələdiyyə başçısı Alaaddin Yılmaz, müavinləri və bələdiyyə məclis üzvlərindən ibarət nümayəndə heyəti Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü, millət vəkili Qənirə Paşayevanın müşayiəti ilə Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər. Abidə qarşısına gül qoyan Türkiyəli qonaqlara millət vəkili Qənirə Paşayeva 22 il bundan əvvəl bütün dünyanın gözü qarşısında Ermənistan tərəfindən Xocalıda törədilmiş soyqırım və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımlar barədə geniş bilgi vermişdir. Millət vəkili qonaqları Xocalı sakinləri, Xocalı Soyqırımını Tanıtma İB-üzvləri ilə də görüşdürüb. Xocalılarla görüşdə Xocalı sakinləri Bolu bələdiyyə başkanı heyətinə Xocalı Soyqırımı, erməni vandalizmi barədə geniş məlumatlar veriblər. Ermənistanın dinc azərbaycanlılara qarşı törətdiyi bu soyqırımı kəskinliklə qınaqdıqlarını deyən Bolu bələdiyyə başqanı və nümayəndə heyəti üzvləri bu cinayəti törədənlər ədalət qarşısında cavab verməlidirlər deyib. Boluda millət vəkili Qənirə Paşayevanın da çıxışlar etdiyi bir neçə tədbirlər keçirildiyini deyən qonaqlar həqiqətlərin yayılmasında Azərbaycana bundan sonra daha da geniş dəstək verəcəklərini deyiblər və Xocalını Soyqırımını dünyaya yayan təşkilatları Boluya dəvət ediblər. Sonra Türkiyəli qonaqlar millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Qənirə Paşayevanın müşayiəti ilə Rüstəm Mustafayev adına Dövlət İncəsənət Muzeyinin həyətində yerləşdirilmiş “güllələnmiş heykəllər” kimi tanınan və Şuşada vandalizmə məruz qalmış heykəlləri ziyarət etmişlər. Millət vəkili Qənirə Paşayeva Bülbül, Natəvan və Üzeyir bəy Hacıbəylinin heykəllərinin Bakıya gətirilməsi hadisəsi barədə qonaqlara ətraflı məlumat vermişdir. Bolu bələdiyyə başçısının rəhbərlik etdiyi nümayəndə heyəti ermənilərin törətdiyi bu cür vandalizm aktlarını kəssin qınayaraq bu günə qədər olduğu kimi bundan sonra da Qarabağ məsələsində hər zaman Azərbaycanın yanında olacaqlarını və Azərbaycanın haqlı mövqeyinin daha geniş yayılmasında səylərini daha da artıracaqlarını deyiblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm