Saxta pul kəsən tutuldu
Bizi izləyin

Qırmızı.az

Saxta pul kəsən tutuldu

Bakıda külli miqdarda saxta pul dövriyyədən çıxarılıb.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən Publika.az-a verilən xəbərə görə, idarənin əməkdaşları Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş Kamil Məmmədovu 200 ədəd saxta 100 manatlıq əskinasları satarkən tutublar.

Saxlanılan şəxsdən əlavə olaraq 56 ədəd 100 manatlıq, 4 ədəd 50 manatlıq saxta əskinaslar da götürülüb.

Qeyd edək ki, saxta pullar Kamil Məmmədovun paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində işlətdiyi “Ləzzət otağı” kafesində aşkar olunub.

Faktla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm