Maşın dərəyə yuvarlandı, ölən və yaralanan var
Bizi izləyin

Qırmızı.az

Maşın dərəyə yuvarlandı, ölən və yaralanan var

Cəlilabad-Yardımlı avtomobil yolunun Xanəgah kəndi ərazisində yol qəzası baş verib.

Cəlilabad Rayon Polis İdarəsindən Publika.az-a verilən xəbərə görə, “Opel” markalı avtomobil dərəyə yuvarlanıb.

Nəticədə sürücü Yavər Nuriyev hadisə yerində keçinib. Avtomobildə olan sürücünün həyat yoldaşı Püstəxanım Nuriyeva isə yaralı vəziyyətdə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyəti ağırdır.

Qeyd edək ki, hadisə yerinə gələn polis əməkdaşları ilkin səbəb kimi qəzanın baş verməsini sürücünün idarəetməni itirməsi ilə əlaqələndirirlər.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm