Ata ilə oğul döyüldü
Bizi izləyin

Qırmızı.az

Ata ilə oğul döyüldü

Göygöldə ata və oğulun döyülməsi ilə nəticələnən xuliqanlıq hadisəsi baş verib.

Göygöl Rayon Polis Şöbəsindən Publika.az-a verilən xəbərə görə, şəhər sakini Elbrus Bayramov polisə ərizə ilə müraciət edərək tanımadığı şəxslər tərədindən özünün və oğlu Elnur Bayramovun döyüldüyünü bildirib.

Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Anar Məmmədov və onun qardaşı İlqar Məmmədov saxlanılıb.

İlkin məlumata görə, saxlanılan şəxslər Elbrus Bayramovun oğlu Elnur Bayramovun tanışları olub. Hadisə şəxsi münaqişə zəminində baş verib. Hazırda polis təfərrüatları araşdırır.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm