Avtomobildən beşbarmaq çıxdı
Bizi izləyin

Qırmızı.az

Avtomobildən beşbarmaq çıxdı

Narkotik maddələrin satışında təqsirləndirilən Siyəzən şəhər sakini Elçin Əsgərov saxlanılıb.

Bakı Şəhər Baş Polis İdarəsindən Publika.az-a verilən xəbərə görə, E.Əsgərov Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub.

Onlar saxlanılan şəxsi narkotik satarkən yaxalayıblar. Belə ki, Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları E.Əsgərovun üzərində şəxsi istehlak miqdarından artıq tiryək götürüblər. Sonra da onun idarə etdiyi “Runna” markalı avtomobilə baxış keçiriblər. Avtobibildən 1 ədəd beşbarmaq aşkar edilərək götürülüb.

Polisə təhvil verilən E.Əsgərov barəsində cinayət işi başlanıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm