6 yaşı tamam olmayan uşaqlar müsahibədə - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

6 yaşı tamam olmayan uşaqlar müsahibədə - FOTOLAR

Azərbaycan Respublikası təhsil nazirinin “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları” barədə əmrinə müvafiq olaraq Bakı şəhərində yerləşən və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərə qəbul iyul ayının 20-dən avqust ayının 20-dək elektron ərizələr vasitəsilə aparılır. Hazırda 2696 nəfər qeydiyyatdan keçib.

Bu barədə Publika.az-a BŞTİ-nin mətbuat xidmətindən məlumat verilib.

Elektron ərizə vasitəsilə müraciət edənlərin sayının artacağı, 4000-5000 nəfər olacağı gözlənilir. Artıq avqust ayının 5-dən etibarən müsahibələrə başlanılıb.

Öncədən təşkil edilmiş xüsusi komissiyaların iştirakı ilə həyata keçirilən müsahibələr sentyabr ayının 10-dək davam edəcək. Müsahibə iştirakçıları nəticələrini 48 saat ərzində bakuedu.az saytında bu mövzu ilə əlaqədar yaradılmış bölmədən öyrənə biləcəklər.

Qeyd edək ki, “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”na əsasən I sinfə qəbul həmin il sentyabrın 16 - dan dekabrın 31 - dək 6 yaşı tamam olan xüsusi istedadlı uşaqlara şamil edilir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm