Mikayıl Cabbarov Misir Mərdanovu ifşa etdi
Bizi izləyin

Qırmızı.az

Mikayıl Cabbarov Misir Mərdanovu ifşa etdi

Azərbaycan təhsil naziri Mikayıl Cabbarov məşhur rus jurnalisti və bloggeri Vyaçeslav Sapunova müsahibə verib. Sualları cavablandıran nazir görülən işlərdən, həyata keçirilən islahatlardan danışıb. Problemlərə toxunan nazir bildirib ki, bu gün görünən neqativ təzahürlərin neqativ dərin kökləri SSRİ dağılan vaxtdan qalır və daha çox ölkənin həyatında sosial-iqtisadi dəyişikliklərlə bağlıdır: “Bütün bunlar ümumi həyat səviyyəsinin enməsinə gətirib çıxarıb, bu da öz növbəsində dəyərlər sistemində əksini tapmaya bilməzdi. Müəllim peşəsinin nüfuzu da düşdü. Bunun ardınca qaçılmaz axın başladı, fərqi yoxdu hara gedirdilər. Bu, qısamüddətli, amma hiss olunan, təkcə ölkə xaricinə deyil, həm də bazara uyğunlaşmış sahələrə emiqrasiya idi”.

Bu problemlərin böyük əksəriyyətinin həll olunduğunu deyən M.Cabbarov iyun ayında keçirilən müəllim heyətinin testdən keçməsindən də danışıb. O bildirib ki, bu, müstəqillik tariximiz dövründə müəllimlərin ilk diaqnostik qiymətləndirilməsidir: “Etiraf etməliyik ki, son dövrlərədək müəllim ordumuzun vəziyyəti – fənn və dərs metodikası biliyi, onu tətbiq etmə bacarığı və psixoloji durum üzrə barədə dəqiq məlumatımız yox idi... Daha doğrusu, biz bu və ya digər xəstəlikləri diaqnoz olmadan sağaltmaq istəyirdik. İndi müəllimlər barədə daha çox şey bilirik”.

Məlum olduğu kimi, müəllimlərin 14,4% aşağı, а 85,6% – kafi, yalnız 18,2% yüksək nəticə göstəriblər. Məsələyə münasibət bildirən nazir deyib ki, dünənədək əllərində yalnız bu müəllimlərlə bağlı anket məlumatları vardı. Bundan sonra isə müəllimlərin peşəkar inkişafı istiqamətində ciddi addımlar atılacaq. Nazir bu imtahandan aşağı bal toplayan şəxslərin müəllimlik üçün yaramadığını söyləsə də, onlar işdən qovulmayacaqlar.

M.Cabbarov saxta diplom problemindən də danışıb və deyib ki, bir neçə min belə diplom verilib: “Hazırda istintaq gedir və hüquq-mühafizə orqanları dəqiq rəqəmi müəyyən edə biləcəklər. Amma biz dəqiq bilirik ki, iki minə yaxın şəxs saxta diplomla orta təhsil məktəblərində işə götürülüb. Biz bu gün onları adbaad bilirik. Bütün məlumatları baş prokurorluğa ötürmüşük, saxta diplom verənlər barədə xəbər də vermişik. Onların arasında təhsil sistemində rəhbər işçilər də olub... Həmin saxta diplomlu müəllimlər də hələ də işlərində qalır. Əvvəla, iki min müəllimin işdən çıxarılması, qanunu pozmuş olsalar da, iki min nəfərin işdən çıxarılması deməkdir. İkincisi, 2 min müəllimi dərs prosesindən kənarlaşdırsaq, onların hamısını əvəz etməyə adam tapmayacağıq.... Axı onların əksəriyyəti kənd məktəblərində dərs deyir ... Təmizləmə prosesi olacaq, başlamıb da, amma bu birdəfəyə, dərhal baş verməyəcək”.

Müəllimlərin maaşlarının azlığına gəlincə, nazir bildirib ki, problemin bir neçə aspekti var. Nazirin sözlərinə görə, bizdə müəllimin orta iş yükü həftədə 18 saatdır. Problemi həll etmək üçün minimal tələblərə cavab verməyən müəllimlər işdən kənarlaşdırılıcaq, çünki fənnindən xəbəri olmayan adamın maaşını qaldırmaq məntiqəuyğun deyil: “Hesab edirəm ki, insanlara hazırlaşmaq imkanı vermədən onları yeni proqramla imtahana çəkmək düzgün deyil. Əvvəlcə müəllimləri ixtisasartırma kurslarına dəvət edəcəyik, kursları bitirdikdən sonra onlar sertifikasiya imtahanı verəcəklər. Təbii ki, sertifikatı olan müəllimlər yüksək maaş almağa ümid edə bilərlər” .

M.Cabbarov maraqlı bir məqama da toxunub: ABŞ-da valideynlərin 87%-i məktəbəqədər yaşda uşaqlarına kitab oxuyurlar. Onların 37%-i bunu hər həftə edir. Bizdə isə statistika belədir: ailələrin 34%-nin evdə uşaq kitabları yoxdur! Avropa ölkələrində uşaqların 90%-i məktəbəqədər təhsilə cəlb olunub. Bizdə isə bu statistika 16.5%-dir. Bu baxımdan, mən ölkəmizin birinci xanımı Mehriban Əliyevanın məktəbəqədər təhsilin kütləvi şəkildə genişləndirilməsi ilə bağlı təşəbbüsünü nəhəng addım hesab edirəm”.

M.Cabbarov onu da vurğulayıb ki, bizdə qəbul zamanı ən aşağı bal toplayanlar bağça və ibtidai sinif müəllimi peşələrini seçirlər. Hərçənd məhz bu ixtisaslar daha yüksək peşəkarlıq tələb edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm