AZAL: "Rusiyanın qoyduğu qadağa Azərbaycana təsir etməyəcək"
Bizi izləyin

Qırmızı.az

AZAL: "Rusiyanın qoyduğu qadağa Azərbaycana təsir etməyəcək"

Rəsmi Moskva Ukrayna aviaşirkətlərinin Rusiya ərazisindən istifadə etməklə, bir sıra ölkələrə tranzit reyslərini qadağan edib. Məhdudiyyət qoyulan ölkələr arasında Gürcüstan, Ermənistan, Türkiyə ilə yanaşı, Azərbaycan da var.

“Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) xidmət rəisi Məhərrəm Səfərli Publika.az-a açıqlamasında bu məhdudiyyətin Azərbaycana uçuşlarda problem yaratmayacağını deyib:

“Ukrayna aviaşirkətləri Azərbaycana Türkiyə üzərindən uçuşlar həyata keçirə bilər. Onlar Qara dəniz üzərindən keçməklə Türkiyənin şimalından uça biləcəklər”.

Qeyd edək ki, Rusiyanın baş naziri Dmitri Medvedev bu barədə açıqlama verib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm