Əlillər peşə hazırlığı kurslarına cəlb edildi
Bizi izləyin

Qırmızı.az

Əlillər peşə hazırlığı kurslarına cəlb edildi

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılması və əmək bazarına çıxışının asanlaşdırılması üçün onların peşə reabilitasiyasına xüsusi önəm verir.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, cari ilin ötən dövrü ərzində ƏƏSMN-in Bakının Yeni Ramana qəsəbəsində yerləşən Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə ümumilikdə 176 nəfər sağlamlıq imkanları məhdud gənc müxtəlif peşələr (dərzi, toxucu, xalçaçı, aşpaz, kompyuter istifadəçisi, bərbər və s.) üzrə peşə hazırlığı kurslarına qəbul edilib. Onlardan artıq kursları uğurla bitirən 54 nəfərinə sertifikat, 11 nəfərinə arayış verilib.

Qeyd olunan dövrdə ƏƏSMN tərəfindən peşə hazırlığı kurslarına cəlb edilən əlilliyi olan şəxslərin sayı isə 80 nəfər olub. Həmin şəxslərdən 60 nəfərini gözdən əlilliyi olan insanlar təşkil edib ki, onlara brayl sistemi üzrə təlim aparılmaqla peşələr öyrədilib. Peşə hazırlığı kurslarına cəlb olunan əlilliyi olan şəxslərin əksəriyyəti gənclərdən ibarət olub.

ƏƏSMN-in məşğulluq xidməti orqanları peşə hazırlığı kurslarını bitirən əlilliyi olan şəxslərin yeni yiyələndikləri peşələr üzrə qısa müddətdə məşğulluqlarının təmin olunması üçün müvafiq tədbirlər həyata keçirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm