“Mən heç yerə qaçmamışam” – Aslan Aslanov DANIŞDI
Bizi izləyin

Qırmızı.az

“Mən heç yerə qaçmamışam” – Aslan Aslanov DANIŞDI

Kənd təsərrüfatı nazirinin sabiq müavini Aslan Aslanov ölkədən qaçması və pullarını xaricə çıxarmağa cəhd göstərməsi barədə bəzi mətbu orqanlarda yayılan məlumatlara münasibət bildirib.

Sabiq nazir müavini A.Aslanov Publika.az-ın redaksiyası ilə əlaqə saxlayaraq deyib ki, bir sıra mətbu orqanlarda onun ölkədən qaçması və digər məsələlər barədə yazılanlar həqiqəti əks etdirmir:

“Mən heç yerə qaçmamışam, hazırda da Bakıdayam. Bundan əlavə, Yeni Azərbaycan Partiyasının (YAP) bütün tədbirlərində yaxından iştirak edirəm. Mənim guya ölkədən pul çıxarmağım barədə də yayılan məlumatların hamısı yalandır. Mənim heç bir biznesim yoxdur”.

Xatırladaq ki, Qaynar.info-ya daxil olan məlumatda Aslan Aslanovun ölkədəki pullarını yenidən xaricə çıxarmağa cəhd göstərdiyi iddia olunur: "Aslan Aslanovun konkret harada olduğu bilinmir. Ancaq ölkədə böyük biznes şəbəkələri var. O, bir neçə dəfə ölkədən qaçmağa cəhd etsə də, qarşısı alınıb. Hazırda o, yenə də pullarını ölkədən çıxarmağa cəhd edir. Bu prosesdə isə onun ən yaxın adamları iştirak edir".

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm