Misir Mərdanov saxta diplom verənlərdən DANIŞDI - ÖZƏL
Bizi izləyin

Qırmızı.az

Misir Mərdanov saxta diplom verənlərdən DANIŞDI - ÖZƏL

Sabiq təhsil naziri Misir Mərdanov fəaliyyəti dövründə 2 minə yaxın müəllimin saxta diplomlarla işə düzəldilməsi barədə indiki təhsil naziri Mikayıl Cabbarovun söylədiyi fikirlərə münasibət bildirib.

Eks-nazir M.Mərdanov Publika.az-a açıqlamasında deyib:

“İnanmıram ki, bu məsələ nazir Mikayıl Cabbarov tərəfindən bilərəkdən gündəmə gətirilib. Nazir yaxşı adamdır, onun bu işdə marağı olmaz. Nazir nə deyib ki? Bunu hər zaman deyirik. Nazir deyib ki, saxta diplomla çalışan müəllimlər var. Mənim vaxtımda da nə qədər saxta diplomlar aşkarlanmışdı. İndi də yeni nazir deyir ki, 2 min diplom saxtadır. Hamı bilir ki, bütün bunların günahkarı kimdir. Onlara iş açılıb. Burada bizlik heç bir günah yoxdur”.

Xatırladaq ki, təhsil naziri Mikayıl Cabbarov məşhur rus jurnalisti və bloggeri Vyaçeslav Sapunova müsahibə verib. O, 2 min müəllimin saxta diplomla işləməsi faktının aşkarlandığını deyib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm