• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Ermənistan son savaşda rəsmən neçə əsgər itirib? – Statistika/Foto

Ermənistan son savaşda rəsmən neçə əsgər itirib? – Statistika/Foto

İyulun 21-dən avqustun 1-nə keçə gecə rəsmi olaraq 8 Azərbaycan hərbçisinin snayperlə şəhid edilməsi ilə başlayan son gərginlik zamanı Ermənistan hərbi birləşmələri cəmi 5 əsgər itirdiyini açıqlayıb.

Axar.az bu siyahını Ermənistan xəbər saytlarının son 12 gün ərzində verdikləri rəsmi məlumat əsasında hazırlayıb.

Erməni saytlarının məlumatına əsasən, ilk ölüm xəbəri avqustun 1-də yayımlanıb. KİV-lərdə yayımlanan rəsmi məlumatların siyahısını təqdim edirik:

2) 31 iyul tarixindən avqustun 1-nə keçən gecə Ermənistan Silahlı Qüvvələrinin iki əsgəri - Ararat Vaçikoviç Xanoyan və Azat Arturoviç Asoyan öldürülüb. Siravi əsgər olan Norayr Mikaeloviç Kamalyan isə yaralanaraq hospitala yerləşdirilib;

3) Avqustun 2-dən 3-nə keçən gecə Ermənistan Silahlı Qüvvələrinin çavuşu Sarkis Movsisyan aldığı güllə yarasından ölüb;

4) Avqustun 4-də Dağlıq Qarabağın Kəlbəcər rayonunda müqavilə ilə xidmət edən 43 yaşlı Aram Qriqoryan həlak olub. Sonralar onun birinci Qarabağ savaşı zamanı məçhur terrorçu Monte Melkumyanın dəstəsində xidmət keçdiyi müəyyən edilib;

5) Ermənistan Silahlı Qüvvələrinin baş leytenantı Zorik Qevorqyan, leytenant Qor Babkenoviç Qriqoryanın nə vaxt öldürülməsi ilə bağlı isə mətbuat heç bir açıqlama verməyib. Amma prezident Serj Sərkisyan son hadisələr zamanı fərqlənən əsgərləri təltif edərkən bu iki şəxsin də adına rast gəlinir. Məlum olur ki, onlar da bu döyüşlərdə ölüblər.

Qeyd edək ki, Azərbaycan son döyüşlərdə 15 əsgər itirib və onların hər birinin adı, fotoları yayılıb, dəfn mərasimləri keçirilib. Itkilərini gizlədən Ermənistanın isə 47 əsgər itirdiyi barədə xəbər yayılıb.

Xatırladaq ki, erməni əsgərlərinin itkilərinin artmasından narahat olan Bütün ermənilərin katolikosu II Qareqin avqustun 5-də Qafqaz Müsəlmanları İdarəsinin sədri (QMİ) Şeyxülislam Hacı Allahşükür Paşazadəyə məktub ünvanlayaraq qoşunların təmas xəttində atəşkəs rejiminin qorunub saxlanılması üçün səy göstərməyi xahiş etmişdi.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR