Qırmızı.az
FHN Qəbələdə təlim keçirib
Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə
Xidməti Qəbələ rayonu, Vəndam kəndi yaxınlığında çətin keçidli meşə
massivində təlim keçirib.
ANS TV-nin məlumatına görə, təlimə xidmətin 59 nəfərdən ibarət
şəxsi heyəti, 9 ədəd texnikası, 3 baş xüsusi təlim keçmiş it və
Fövqəladə Hallar Nazirliyinin şimal-qərb regional mərkəzinin 10
xilasedicisi cəlb olunub.
Təlimin məqsədi komandir və rəis heyətinin dağ-meşə massivlərində
axtarış və qəza-xilasetmə işlərinin təşkil edilməsi və rəhbərlik
sahəsində təcrübəsini artırmaq, mürəkkəb relyefə malik ərazilərdə
təbii xarakterli fövqəladə halların nəticələrinin aradan
qaldırılması tədbirlərinin yerinə yetirilməsinin təşkili üzrə
iştirakçıların vərdişlərini və praktiki bacarıqlarını
təkmilləşdirmək, hərbi hissələrin və bölmələrin çətin keçilən
ərazilərdə fövqəladə hadisə rayonuna yürüşü zamani praktiki
vərdişləri mükəmməlləşdirmək olub.
Səhra çıxışı zamanı xilasedicilərə düşərgənin qurulması, mürəkkəb
şəraitdə gecə və gündüz axtarış cihazları və xüsusi təlim keçmiş
itləri tətbiq etməklə axtarış-xilasetmə işlərinin yerinə
yetirilməsi, zərərçəkənlərin təxliyə edilməsi üçün müvafiq
xilasetmə alət və avadanlıqdan istifadə edərək dağ çayları
üzərindən keçidlərin qurulması və digər praktiki məşğələlər də
keçirilib.
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom