Ölkədə müşahidə olunan faktiki hava şəraiti
Bizi izləyin

Qırmızı.az

Ölkədə müşahidə olunan faktiki hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin əvvəlcədən xəbər verdiyi kimi yanvarın 30-dan başlayaraq və yanvarın 31-də ölkə ərazisində hava şəraiti daha da kəskinləşib, intensiv və güclü qar yağıb, şaxta qeydə alınıb.

Nazirliyin mətbuat xidmətindən Publika.Az-a verilən xəbərə görə, qar örtüyünün hündürlüyü: Nabranda 52 sm, Sarıbaşda 26 sm, Lənkəranda 23 sm, Lerikdə 21 sm, Altıağacda 19 sm, Qubada 18 sm, Qubanın dağlıq ərazilərində 15-19 sm, Göygöl, Oğuzda 17 sm, Yardımlıda 16 sm, Şəki, İsmayıllıda 12 sm, Göytəpədə 11 sm, Kəlvəz, Xaçmaz, Qəbələdə 10 sm, Göyçay, Xınalıq, Cəfərxanda 8 sm, Şamaxı, Kişçay, Ağdərədə 6 sm, Sabirabad, Gədəbəydə 4 sm, Ordubad, Tərtər, Zərdab, İmişli, Salyanda 3 sm, Mingəçevir, Tovuz, Zaqatala, Gəncədə 2 sm, Bakıda 16 sm, Pirallahı, Maştağada 4 sm təşkil edib.

Şimal küləyi bəzi ərazilərdə güclənib, çovğun olub.

Havanın minimal temperaturu Abşeron yarımadasında 3-5, aran rayonlarında 2-5, dağlıq rayonlarda 5-8, Naxçıvan MR-da 0-5 dərəcə şaxta təşkil edib.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm