Qırmızı.az
8 rayonumuz atəşə tutuldu
Cəbhə xəttində atəşkəs rejimi ümumilikdə 58 dəfə pozulub.
Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Ayqepar və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu, Əlibəyli, Koxanəbi və Ağbulaq kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.
İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Noyemberyan rayonunun Voskepar kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Aşağı Əskipara kəndində yerləşən mövqelərimiz də atəşə məruz qalıb.
Ağdam rayonunun Yusifcanlı, Mərzili, Şuraabad, Baş Qərvənd,
Qaraqaşlı, Tərtər rayonunun Göyarx, Çaylı, Qızıl Oba, Füzuli
rayonunun Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Qorqan,
Qaraxanbəyli, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun
Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və
adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin
mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB