Boş qalan yerlərə ixtisas seçimi başlayıb
Bizi izləyin

Qırmızı.az

Boş qalan yerlərə ixtisas seçimi başlayıb

Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinə ixtisas seçimi başlayıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Publika.az-a verilən məlumata görə, həmin yerlərə ixtisas seçimi avqustun 13-dək internet vasitəsilə aparılacaq.

Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas məktəblərinin ixtisaslarının da kodlarını göstərə bilərlər (orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları “Abituriyent” jurnalının 5-ci sayında dərc olunub). Həmin jurnalı abituriyent.az saytından da ödəniş etməklə sifariş etmək olar. Eyni zamanda ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı bu gündən “Abituriyent” jurnalının 8-ci sayında dərc olunacaq.

Qeyd edək ki, bu il ali təhsil müəssisələrinin müsabiqəsində 35995 abituriyent iştirak edib. Onlardan 33623 nəfər ali təhsil müəssisələrinə qəbul olub. Abituriyentlərdən 16129 nəfərini oğlanlar, 17494 nəfərini qızlar təşkil edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm