Kollecdə oxumaq istəyənlərin nəzərinə
Bizi izləyin

Qırmızı.az

Kollecdə oxumaq istəyənlərin nəzərinə

Bu gündən tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi başlayır. Proses avqustun 13-dək davam edəcək. Bu barədə Publika.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən məlumat verilib.

İxtisas seçimində ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanlarında iştirak etmiş və topladığı ümumi balı 100-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.

2014/2015-ci tədris ili üçün Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında (XI sinif) tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, "Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, onun nümunəsi, qəbul aparılan ixtisasların siyahısı, plan yerləri və digər zəruri məlumatlar "Abituriyent" jurnalının 5-ci sayında dərc olunub.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ixtisas seçimində iştirak edəcək abituriyentlərə kömək məqsədi ilə “Abituriyent” jurnalının xüsusi buraxılışında tam orta təhsil (XI sinif) bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisaslarına 2013-cü ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid ballarını dərc edərək onların istifadəsinə verib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm