Fırıldaqçı torpaq dəllalı tutuldu
Bizi izləyin

Qırmızı.az

Fırıldaqçı torpaq dəllalı tutuldu

Abşeron polisi saxta sənədlə torpaq satan şəxsi saxlayıb.

Rayon Polis Şöbəsindən Publika.az-a verilən məlumata görə, Əli Qəribov saxta sənədlə 5 nəfərə sotu 2150 manatdan 10 hektar torpaq satıb. O, çoxsaylı şikayətçilərin ərizəsi əsasında saxlanılıb.

Ə.Qəribovun ətrafında əməliyyat tədbirləri keçirilib və müəyyən edilib ki, eyni torpaq sahəsini bir neçə nəfərə satıb. Abşeron rayon sakini Natiq Əliyev zərərçəkmiş qismində polisə müraciət edərək bildirib ki, Ə.Qəribova 4300 manat pul verərək ondan 2 sot torpaq alıb. Lakin sonradan həmin torpaq sahəsinin başqasına məxsus oluğunu görüb.

Dələduzluq etdiyinə görə saxlanılan Ə.Qəribov istintaqa ifadəsində bildirib ki, həmin torpaq yüksək gərginlikli elektrik xətlərinin altında yerləşdiyindən sənədləşdirmək çətin olub. Satdığı torpaqlardan əldə etdiyi pulları isə xərcləyib.

Faktla bağlı Rayon Polis Şöbəsində cinayət işi başlanıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm