Qırmızı.az
1 saylı Psixiatriya Xəstəxanasında xəstə sıxlığı var
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Milli Preventiv Qrupun üzvləri Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasında, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı Cəzaçəkmə Müəssisəsində və DİN-nin Sabunçu RPİ-nin 14-cü Polis bölməsində başçəkmə həyata keçiriblər.
Ombudsman Aparatından Publika.az-a verilən məlumata görə, başçəkmə zamanı MPQ üzvləri 1 saylı Respublika Psixiatriya Xəstəxanasında saxlanılan şəxslərin saxlanılma şəraiti, səhhəti və onlara qarşı rəftarla bağlı mövcud vəziyyəti öyrənmişlər. Müəssisədə daha bir müasir standartlara cavab verən, yeni tikilmiş korpusun istifadəyə verilməsi təqdirəlayiq hal kimi qiymətləndirilib.
MPQ üzvləri həmin gün Müvəkkilə ünvanlanmış müraciətin
araşdırılması məqsədilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1
saylı Cəzaçəkmə Müəssisəsində olub, Müvəkkilə müraciət edən
məhkumla, eyni zamanda Müəssisəsin cərimə təcridxanasında
saxlanılan şəxslərlə görüşüblər. Qəbul edilmiş şəxslərlə
konfidensial qaydada aparılan söhbət zamanı həmin şəxslər
müəssisədəki saxlanılma şəraiti, rəftar və onlara göstərilən tibbi
yardımın keyfiyyəti ilə bağlı şikayət etməyiblər.
Müəssisənin cərimə təcridxanasında əsaslı təmir işlərinin
aparıldığı müəyyən edilib.
MPQ üzvləri həmin gün DİN-nin Sabunçu RPİ-nin 14-cü Polis
bölməsində apardığı araşdırma zamanı polis bölməsində saxlanılan
şəxs olmasa da, müvafiq qeydiyyat jurnalları və saxlanılma şəraiti
öyrənilib.
Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya
Xəstəxanasındakı mövcud xəstə sıxlığının aradan qaldırılması və
Sabunçu RPİ-nin 14-cü Polis bölməsində saxlanma yerinin şəraitinin
təkmilləşdirilməsi məqsədilə Ombudsman tərəfindən aidiyyatı
orqanlara müraciət edilib.
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO