Alim özünü asdı
Bizi izləyin

Qırmızı.az

Alim özünü asdı

Yaponiyanın aparıcı alimlərindən biri - kök hüceyrələri ilə bağlı qalmaqallı araşdırmanın həmmüəllifi 52 yaşlı Yoşiki Sasainin (Yoshiki Sasai) meyiti tapılıb. ANS PRESS-in məlumatına görə, polis alimin intihar etdiyini bildirib.


Yoşiki Sasai fizika və kimya araşdırmaları institunun bioloji inkişaf mərkəzinin (RIKEN, Кобе) direktor müavini idi. O, yanvar ayında "Nature" elmi jurnalında dərc edilən araşdırmanın müəlliflərindən biri idi. Məqalənin birinci müəllifi Хаruko Obakata da (Haruko Obokata) öz elmi araşdırmasında Sasai ilə eyni nəticəyə gəlmişdi. Məqalələ geniş müzakirəyə və tənqid dalğasına səbəb olmuşdu.


Araşdırmanın aparıcı müəllifi Obokata tənqidlərə baxmayaraq gəldiyi nəticəni dəyişmək fikrində olmadığını, göstərilən yollarla STAP hüceyrələrini almağın mümkün olduğunu bildirdi. Yoşiki Sasai isə mətbuat konfransı keçirərək elmi araşdırmasını reallaşdırmadan bəzi məqamlara aydınlıq gətirməyin mümkün olmadığını bəyan etmişdi.


Yoşiki Sasainin cəsədi 5 avqustda səhər saatlarında mühafizəçilər tərəfindən aşkarlanıb. Alim RIKEN mərkəzinin binasında özünü məftillə asıb. Həmçinin katibənin masasında və hadisə yerində ölümqabağı yazdığı qeydlər tapılıb. Alim bu qeydlərdə utanc və peşmanlıq hissləri keçirdiyini, eləcə də bu elmi işinə görə üzr istədiyini bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm