Bakı Ali Neft Məktəbində “Gənclər günü” qeyd edilib
Bizi izləyin

Qırmızı.az

Bakı Ali Neft Məktəbində “Gənclər günü” qeyd edilib

Bakı Ali Neft Məktəbində “Gənclər günü” qeyd edilib

Bu barədə Publika.Az-a BANM-ın mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-siyasi məsələlər şöbəsinin müdirinin müavini Tahir Süleymanov, ARDNŞ-nin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov, Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun sədri Fərhad Hacıyev, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, ATGTİ-nin bir qrup üzvləri, Bakı Ali Neft Məktəbində “Gənc Neftçilər” adlı respublika üzrə keçirilən olimpiadanın qalibləri, habelə Bakı Ali Neft Məktəbinin professor-müəllim və tələbə heyəti iştirak edib.

Tədbiri giriş sözü ilə açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov tədbirdə iştirak edən qonaqları Bakı Ali Neft Məktəbində görməkdən məmnunluq hissi keçirdiyini ifadə edib və gəncləri qarşıdan gələn “Gənclər “günü münasibəti ilə təbrik edib. Bakı Ali Neft Məktəbinin fəaliyyəti haqqında ətraflı məlumat verən E.Qasımov bildirib ki, bu ali təhsil olacağı yeni yaranmasına baxmayaraq, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən tərtib edilən 2012 və 2013- cü illərin ali təhsil müəssisələrinin reytinq cədvəlində I yer qazanmış və ali məktəblər arasında mütləq lider olub.

E.Qasımov qeyd etmişdir ki, “Neft kapitalını insan kapitalına çevirək” şüarı ölkə başçısının təhsilə verdiyi önəmin bariz göstəricisidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən “Gənclər siyasəti”nin əhəmiyyətindən və önəmindən bəhs edən E.Qasımov bildirmişdir ki, bu gün Azərbaycanda gənclərin inkişafı və gələcəkdə bir lider kimi yetişməsi üçün bütün lazımi şərait dövlət tərəfindən yaradılmışdır və günü-gündən bu istiqamətdə yeni islahatlar həyata keçirilməkdədir.

Prezidentin İcra Aparatının ictimai-siyasi məsələlər şöbəsinin müdirinin müavini Tahir Süleymanov bildirib ki, gənclər, xüsusən tələbə gənclər dövlət quruculuğunda, iqtisadiyyatın, elmin, təhsilin, mədəniyyətin, incəsənətin və idmanın inkişafında əhəmiyyətli rol oynayır.

Azərbaycanın insan potensialının özəyi olan gənclərin inkişafı və həyatda özlərini təsdiq etmələri üçün hər cür şəraitin dövlət tərəfindən yaradıldığını qeyd etən T. Süleymanov vurğulayıb ki, hər bir gənc bu imkanlardan maksimum bəhrələnməlidir.

ARDNŞ-nin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov BANM-ın iki ildir TQDK-nın tərtib etdiyi təhsil müəssisələrinin reytinq cədvəlində I yer qazanmış və bir çox göstəricilərə görə ali məktəblər arasında lider olduğunu bildirib.

Bunun yüksək nailiyyət olduğunu bildirən X.Məmmədov eyni zamanda böyük məsuliyyət olduğunu da qeyd edib. Ölkə başçısı cənab İlham Əliyevin imzaladığı 29 noyabr 2011-ci il tarixli Fərmanının əhəmiyyətindən və vacibliyindən bəhs edən X.Məmmədov qısa müddət ərzində ali məktəbin infrastrukturunun yaradılması, kadr potensialının formalaşdırılması istiqamətində böyük işlər görüldüyünü və bunun nəticəsi olaraq yüksək nəticələr əldə edildiyini bildirib.

Tədbirdə iştirak edən Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev bu gün Azərbaycanda gənclərlə iş dövlət siyasətinin tərkib hissəsi olduğunu deyib.

Azərbaycanda Avropa standartlarına tam uyğun yaradılmış Bakı Ali Neft Məktəbində olmasından məmnunluğunu ifadə edən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun sədri Fərhad Hacıyev qeyd edib ki, məhz bu cür ali təhsil ocaqlarının ölkəmizdə yaradılması dövlət başçısının gənclərə olan yüksək diqqətinin və qayğısının nəticəsidir.

Tədbirdə çıxış edən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov,ölkəmizdə aparılan gənclər siyasəti və bu istiqamətdə görülən işlər haqqında ətraflı məlumat verib.

BANM-də Tələbə Gənclər Təşkilatının fəaliyyəti haqqında məlumat verən təşkilatın sədri Rəvan Adilov bu ali təhsil müəssisəsində TGT-nin fəaliyyəti yüksək səviyyədə təşkil olunduğunu və demokratik əsaslarla idarə olunduğunu deyib.

O bildirib ki, Bakı Ali Neft Məktəbində tələbə gənclərin idarəetmədə iştirakı üçün tam demokratik şərait yaradılıb və bu ölkəmizdə aparılan uğurlu gənclər siyasətinin nümunəvi göstəricisidir. O həmçinin ali məktəbin tələbələrinin naliyyətlərindən də danışıb.

Tədbirin sonunda BANM və ATGTİ tərəfindən “Gənc Neftçilər” olimpiadasının 3 iştirakçısına 1, 2 və 3-cü yerlərin qaliblərinə və digər 5 ən yüksək bal toplayan olimpiada iştirakçısına, 3 nəfər şahmat turnirinin qaliblərinə,

futbol yarışmasında iştirak edən 1, 2 və 3-cü yerləri qazanmış komandaların oyunçularına, habelə ölkəmizdə ekologiyanı qoruyaq ideyasına dəstək kompaniyası çərçivəsində “ Ecoboys” video çarxının müəllifləri olan Bakı Ali Neft Məktəbinin 6 tələbəsinə diplomlar, həvəsləndirici diplomlar, sertifikatlar və hədiyyələr verilib.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm