• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Boş qalan yerlərə 3 mindən çox müraciət olub

Boş qalan yerlərə 3 mindən çox müraciət olub

Ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi davam edir. Publika.az-ın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib.

M.Abbaszadə bildirib ki, boş qalan yerlərin sayı 2116-dır.

“Avqustun 4-dən 2014/2015-ci tədris ili üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi keçirilir. Müsabiqə ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə keçirilmiş qəbul və ya 9-cu siniflər üzrə buraxılış imtahanında toplanılan ballar əsasında aparılır.

İxtisas seçiminə ümumi balı 16-dan və hər bir fənn üzrə balı 8-dən az olmayan və orta ixtisas təhsili müəssisələrinə qəbul olmayan və ya qəbul olduğu təhsil müəssisəsində müəyyən olunmuş vaxtda qeydiyyatdan keçməyən abituriyentlər buraxılır”.

İxtisas seçimi avqustun 11-dək saat 10.00-dək davam edəcək. Boş qalan ixtisasların siyahısı “Abituriyent” jurnalının xüsusi buraxılışında təqdim olunub.

Müəyyən olunmuş müddətdə elektron ərizəsini təsdiqləməyən abituriyent­lər müsabiqəyə buraxılmayacaqlar.

8 avqust saat 10:30-a olan məlumata görə, 3619 abituriyent boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək üçün ixtisas seçimini etmiş və elektron ərizəsini təsdiqləyib.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR