Magistratura pilləsində 1142 yer boş qalıb
Bizi izləyin

Qırmızı.az

Magistratura pilləsində 1142 yer boş qalıb

Ali təhsil müəssisələrinin magistraturalarına 1142 boş yer qalıb. İxtisas seçimi avqustun 4-dən başlanıb və avqustun 11-dək davam edəcək.

Publika.az-ın məlumatına görə, boş qalan plan yerləri olan ixtisaslaşmaların siyahısı “Magistr” jurnalının 6-cı sayında təqdim olunub. Hər bir bakalavr bu siyahıdan imtahan verdiyi proqrama aid və bitirdiyi bakalavr ixtisasına müvafiq 20-dək ixtisaslaşma kodunu seçə bilər. Bakalavr ixtisaslaşma kodlarının sayını və ardıcıllığını istədiyi kimi seçib ərizəsində göstərir. Seçilmiş ixtisaslaşmaların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı hüquqi əsas kimi qəbul olunur və bakalavr topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisaslaşmaların birincisinə yerləşdirilir.

Avqustun 8-i saat 10:30-a olan məlumata görə 699 bakalavr boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək üçün ixtisas seçimini etmiş və elektron ərizəsini təsdiqləyib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm