Qayınanası ilə mübahisə etdi, arvadını bıçaqladı
Bizi izləyin

Qırmızı.az

Qayınanası ilə mübahisə etdi, arvadını bıçaqladı

Şabran rayonunda kişi arvadını bıçaqlayaraq ona ağır dərəcəli bədən xəsarəti yetirib. Rayon Polis Şöbəsindən Publika.az-a verilən xəbərə görə, rayonun Gülməli kənd sakini Kamran Qarayev həyat yoldaşı Leyla Qarayevanı ailə-məişət münaqişəsi zəminində bıçaqlayıb.

Məlum olub ki, həyat yoldaşı ilə yola getməyəm Leyla Qarayeva küsərək ata evinə gəlib. Hadisədən bir neçə gün sonra isə Kamran Qarayev onlara gedərək, Leyla və onun anası Xubnaz İlyasova ilə mübahisə edib. Nəticədə, özü ilə götürdüyü bıçaqla həyat yoldaşına bir neçə bıçaq zərbəsi vurub.

K.Qarayev hadisə yerinə gələn polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Şabran Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Hadisənin təfərrüatları öyrənilir.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm