Keçmiş məhkumun həyətində çətənə kolları tapıldı
Bizi izləyin

Qırmızı.az

Keçmiş məhkumun həyətində çətənə kolları tapıldı

Evindən külli miqdarda narkotik aşkarlanan Bakı şəhər sakini tutulub. Sabunçu Rayon Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, 14-cü polis bölməsinin əməkdaşları Rəşid Zeynalovun evinə baxış keçirib.

Polis onun özünə məxsus həyətyanı sahəsində çətənə kolu əkib-becərdiyini müəyyən edib. Beləliklə, saxlanılan R.Zeynalov həyətindən ümumi çəkisi 13 kiloqram 200 qram olan 4 ədəd çətənə kolu, 4 kiloqrama yaxın isə marixuana aşkar edilərək götürülüb.

Rəşid Zeynalovun bundan əvvəl də analoji cinayətə görə məhkumluq həyatı yaşadığı bildirilir.

Faktla bağlı cinayət işi başlanıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm