
Kardiologiya İnstitutunun reanimasiya şöbəsindən Publika.az-a verilən məlumata görə, hazırda xalq artistinin vəziyyəti stabildir:
“Gətirildikdən sonra vəziyyətində ağırlaşma müşahidə edilməyib, hazırda vəziyyəti stabildir. Sabah da səhhəti bu cür olsa, palataya köçürlə bilər”.
14:21
Xalq artisti, “Qaya” qrupunun bədii rəhbəri Rauf Babayevin səhhətində problem yaranıb. Bu barədə Publika.az-a Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ şöbəsindən məlumat verilib.
Ötən gün xalq artistinin səhhətində yaranmış problemlə əlaqədar 16:30-da Təcili Yardıma müraciət daxil olub. R.Babayevə ilkin tibbi yardım göstərilib. O, hiportanik kriz diaqnozu ilə Kardiologiya İnstitutuna yerləşdirilib.
Gülxar