“Qızım, sən ordan yıxılanda necə qışqırmısan?” - övladını itirən jurnalistin FƏRYADI
Bizi izləyin

Qırmızı.az

“Qızım, sən ordan yıxılanda necə qışqırmısan?” - övladını itirən jurnalistin FƏRYADI

“Qızım, sən ordan yıxılanda hansı qorxu hissi keçirmisən? Necə qorxmusan? Nə düşünmüsən? Kimdən kömək istəmisən? Necə qışqırmısan? Qızım, bu sullar məni ömür boyu dinc buraxmayacaq. Bu suallara cavab tapa bilmirəm. Kas Allah mənə bir də qız nəsib etməsin. Səni heç kim əvəz etməyəcək. Sənsiz hec kiməm. Sən həyatımda ilk yanar çıraq oldun. Bu yükü qaldıra bilməyəcəm. Ailəmizə ilk nuru sən saçdın. Sənsizlik yükünü qaldıra bilməyəcəm, Cavidan".


Modern.az-ın məlumatına görə, bu ürəkparçalayan sözlər 6-cı mərtəbədən yıxılaraq dünyasını dəyişən 5 yaşlı Cavidanın atası, "Şərq" qəzetinin redaktoru Anar Bayramoğluya məxsusdur.


Mərhum körpənin atasının yanğısını əmisi Ayyət Əhməd Facebook səhifəsində yazıb.
Cavidanla körpəlik şəklini paylaşan A.Əhməd qardaşının içacıdan və dözülməz dərdinə şərik çıxdığını bildirib:


"Allah Cavidan qızımıza rəhmət eləsin. Yeri behişt olsun. Dunyaya mələk kimi gəldi, mələk kimi də getdi. Anarın belə ah-nalə və fəryadını esitmək cox üzücüdür. Ağırdır. İnsallah Cavidan cənnətdədir. Bir əmi kimi bu faciə məni çox sarsıtdı. Ürəyimə dağ basdı, qəlbimi param-parça etdi. Həmin gün çox dəhşətli və acınacaqlı mənzərə idi. Allah dözüm, səbir versin qardaşıma, başımız sağ olsun”.


Xatırladaq ki, "Şərq" qəzetinin redaktoru Anar Bayramoğlunun ailəsindəki faciə avqustun 5-də baş verib. Jurnalistin 5 yaşlı qızı Cavidan ailənin yaşadığı Abşeron Gənclər Şəhərciyindəki binanın 6-cı mərtəbədə mətbəxin açıq pəncərəsindən yıxılıb. Uşaq aldığı xəsarətlərdən dünyasını dəyişib.

Həmkarımıza səbir diləyirik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm