Qırmızı.az
Məhkumların aclıq aksiyası keçirməsi yalandır - AÇIQLAMA
Ədliyyə Nazirliyi Penitensiar xidmət məhkumların aclıq aksiyası keçirməsi ilə mətbuatda yayılan informasiyalarla bağlı açıqlama verib. Bu barədə Publika.az xidmətin saytına istinadən xəbər verir.
Açıqlamada bildirilir ki, son vaxtlar bir sıra müxalifyönlü mətbu orqanlarda guya həbsxana və cəzaçəkmə müəssisələrində məhkumların kütləvi aclıq aksiyası keçirmələri ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar dərc olunur: "İctimai fikrin çaşdırılmasına yönəlmiş belə xəbərlər cəza çəkənlərin yaxınlarının haqlı narazılığına səbəb olaraq onları narahat edir.
Bunu nəzərə alaraq, Ədliyyə Nazirliyi Penitensiar xidmətinin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev 7 avqust 2014-cü il tarixdə Həbsxanada cəza çəkən bir sıra məhkumların valideynlərini və yaxın qohumlarını qəbul edib. Qəbul zamanı M. Quliyev məhkumların yaxınlarını dinləyib, onları maraqlandıran bütün məqamlara aydınlıq gətirib və narahatlığa heç bir ciddi əsas olmadığını bildirib.
Ədliyyə Nazirliyinin Penitensiar xidməti ictimaiyyətə rəsmi olaraq bəyan edir ki, heç bir həbsxana və cəzaçəkmə müəssisəsində aclıq aksiyası keçirilmir.
Kütləvi informasiya vasitələrinə ötürülən bu cür əsassız məlumatlar rejim qaydalarını pozmağa və qanunda nəzərdə tutulmamış imtiyazlar əldə etməyə can atan məhkumlar, eləcə də onların bəzi yaxınları tərəfindən Penitensiar xidmətin "Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları"na uyğun həyata keçirdiyi tədbirlərə göstərilən reaksiyadır.
Ədliyyə Nazirliyinin Penitensiar xidməti olaraq bir daha bildiririk ki, Cəza İcra Məcəlləsinin və Daxili İntizam Qaydalarının tələblərinin pozulmasına yönəlmiş bütün hərəkətlərin qarşısı qətiyyətlə alınacaqdır".
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR