374 dəfə: Cəbhədən son məlumat
Bizi izləyin

Qırmızı.az

374 dəfə: Cəbhədən son məlumat

erməni silahlı bölmələri 30 yanvar tarixində 74 dəfə, ondan bir gün öncə-yanvarın 29-da isə 250 dəfə atəşkəsi pozublar. Son üç gündə atəşkəs ermənilər tərəfindən 374 dəfə pozulub.

Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 50 dəfə pozulub.Müdafiə Nazirliyindən Publika.Az -a bildirilib ki, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Vazaşen kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində və adsız yüksəkliklərdə, Noyemberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

“Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Veysəlli, Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Tərtər rayonunun Çiləbürt, Çaylı, Goranboy rayonunun Tapqaraqoyunlu, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur”-deyə məlumatda deyilir.

Qeyd edək ki, erməni silahlı bölmələri 30 yanvar tarixində 74 dəfə, ondan bir gün öncə-yanvarın 29-da isə 250 dəfə atəşkəsi pozublar. Son üç gündə atəşkəs ermənilər tərəfindən 374 dəfə pozulub.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm