Tovuzda əsir düşən erməni diversant öldü
Bizi izləyin

Qırmızı.az

Tovuzda əsir düşən erməni diversant öldü

Avqustun 8-də səhər saatlarında ələ keçirilmiş erməni kəşfiyyat-təxribat qrupunun üzvü Karen Petrosyan qəflətən naməlum səbəbdən dünyasını dəyişib. İlkin ehtimala görə K.Petrosyanın ölümünə kəskin ürək-ağciyər çatışmazlığı, kəskin miokardial çatışmazlıq səbəb olub.

Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, hazırda Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin Gəncə regional bölməsinin ekspertləri ölümün səbəblərini dəqiqləşdirir. Hadisə barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyi məlumatlandırılıb.

Xəbər verdiyimiz kimi, avqustun 7-də Tovuz rayonunun ərazisində ermənilərin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib.

Düşmən qrupunun zərərsizləşdirilməsi istiqamətində görülən tədbirlər nəticəsində dəstənin 4 üzvü məhv edilmiş, daha bir üzvü, Berd rayonunun Çinari kənd sakini, 1989-ci il təvəllüdlü Karen Petrosyan isə əsgərlərimiz tərəfindən ələ keçirilmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm