Saxlanıldığı deyilən Elçin Behbudov DANIŞDI
Bizi izləyin

Qırmızı.az

Saxlanıldığı deyilən Elçin Behbudov DANIŞDI

Hüquq Müdafiəçisi Elçin Behbudov evinin qarşısında polis tərəfindən saxlanılması ilə bağlı mətbuatda gedən xəbərə münasibət bildirib.

Xəbəri eşidər-eşitməz əsəblərini cilovlaya bilməyən hüquq müdafiəçisi Publika.az-a yazılanların şayiə olduğunu bildirdi:

“O yazılanlar mənə olan qərəzdir. Yazının müəllifini məhkəməyə verəcəm və arzusunu gözündə qoyacam. Çünki məlumatı dəqiqləşdirmədən yazıb”.

Onu polisin hansı əsaslarla saxlamasından hiddətlənən Elçin Behburov “polis məni nəyə görə saxlamalıdır? Mənin çoxlu pulum yoxdur ki, polis məni saxlasın” deyə cavab verib.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm