Qırmızı.az
Alimlər bölgələrdə ekspedisiyada olub
Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və
Aqrokimya İnstitutunun laboratoriya rəhbəri, aqrar elmlər üzrə
fəlsəfə doktoru Vilayət Həsənovun rəhbərliyi ilə bu elm
müəssisəsinin əməkdaşları Ağdaş, Bərdə və Tovuz rayonlarında
ekspedisiyada olublar.
ANS PRESS-in məlumatına görə, Torpaqşünaslıq və Aqrokimya
İnstitutundan verilən açıqlamada bildirilib ki, ekspedisiyanın
məqsədi Kür çayı subasarında yayılmış allüvial-hidromorf və
həmçinin düzən-meşə (tuqay) altından çıxmış təbii və suvarılan
allüvialo-çəmən-meşə torpaq profillərinin morfogenetik quruluşunu,
diaqnostik göstəricilərini və müasir münbitlik parametrlərini
müqayisəli şəkildə müəyyən etmək və relyefin plastikası metodu
əsasında xəritələşdirilməsi üzrə çöl-torpaq tədqiqatlarının
aparılması olub.
Çöl-tədqiqatı zamanı Kür çayı subasarının orta və aşağı subasarında
(Ağdaş, Tovuz və Ağstafa rayonları ərazilərində) seçilmiş
“xarakter-etalon” tədqiqat ərazilərində ( Piraza, Qədirli, Salaxlı
bataqlıqlarında) yayılmış allüvial-çəmən, çəmən-bataqlı, həmçinin
təbii və suvarılan allüvial-çəmən-meşə torpaq sahələrində 1,5-2,0
metr dərinliyində torpaq kəsimləri qazılıb, GPS aparatı ilə
kəsimlərin koordinatları göstərilib. Bununla yanaşı, tədqiqatlar
zamanı torpaq profillərinin ayrı-ayrı genetik qatlarının morfoloji
əlamətləri müəyyən edilərək xarakter kəsimlərin 5-6 genetik
qatlarından laboratoriya analizləri üçün torpaq nümunələri
götürülüb. Torpaq kəsimlərindən qrunt sularının səviyyəsi müəyyən
edilməklə laboratoriya analizləri üçün nümunələr götürülüb.
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK