"Görək, Rəqsanənin balası necə can qurtaracaq"
Bizi izləyin

Qırmızı.az

"Görək, Rəqsanənin balası necə can qurtaracaq"

"Görək, Rəqsanənin balası necə can qurtaracaq"

Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılova qayda pozduğu halda anasının adından istifadə edərək DYP əməkdaşları tərəfindən sərbəst buraxıldığını bildirib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Xeberlent.az-a məsələ ilə bağlı münasibətini bildirib.

Onun sözlərinə görə, qanun hamı üçün eynidir:“Sadəcə, hörmət əlaməti olaraq, DYP əməkdaşları bizim bir çox incəsənət və digər tanınmış dövlət xadimlərini yol hərəkəti qanunlarını pozduğu halda onları cəriməsiz, xəbərdarlıqla buraxıblar. Lakin bundan kimsə istifadə edib və bu mövzunu gündəmə gətirirsə, onlar bundan sonra bərk cəzalanacaqlar. Nə edək ki, bizim xanım sürücülərə hörmətimiz var. Bu hadisəni nəzərə alıb daha da ciddi tədbirlər görəcəyik.

İndi görək bu hadisədən sonra, Rəqsanə və digər tanınmışların özləri və balaları necə can qurtaracaqlar. Mənim qızım keçiddən istifadə etməyib cərimələnərkən, nə atasının adını verib nə də bir şey. Hətta cəriməni qızım öz pulu ilə ödəyib. Bundan sonra heç kimə hörmət edilməyəcək”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm