Müdafiə naziri Bayraq Meydanında
Bizi izləyin

Qırmızı.az

Müdafiə naziri Bayraq Meydanında

Azərbaycanda səfərdə olan Latviyanın müdafiə naziri Raymonds Veyonisin başçılıq etdiyi nümayəndə heyəti avqustun 8-də Dövlət Bayrağı Meydanında olub.

Publika.az xəbər verir ki, latviyalı qonaqlara dünyada ən hündür bayraq dirəklərindən birinin yerləşdiyi Dövlət Bayrağı Meydanı haqqında məlumat verilib. Meydanı gəzən nümayəndə heyətinin üzvləri, həmçinin dövlətimizin başçısının təşəbbüsü ilə meydanda yaradılmış Dövlət Bayrağı Muzeyi və oradakı nadir eksponatlarla tanış olublar.

Sonda latviyalı nazirə xatirə hədiyyəsi təqdim edilib.

Dövlət Bayrağı Meydanı ilə tanışlıq qonaqlarda xoş təəssürat yaradıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm