Azərbaycanda yol terroru: 10 ölü, 14 yaralı
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda yol terroru: 10 ölü, 14 yaralı

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 58 cinayət faktı qeydə alınıb, onların da 19-u “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 4 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 10 nəfər ölüb, 14 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 17 nəfər tutulub.

AzVision.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm