Maşın dərəyə düşdü
Bizi izləyin

Qırmızı.az

Maşın dərəyə düşdü

Cəlilabad rayonunda ölümlə nəticələnən ağır qəzası baş verib.

ANS TV-nin məlumatına görə, Cəlilabad-Yardımlı avtomobil yolunun Xanəgah kəndi ərazisindən keçən hissəsində qeydə alınan hadisə zamanı bir nəfər ölüb, bir nəfər isə yaralanıb.

Rayonun Ləkin kənd sakini Nuriyev Yavər Fərhad oğlu idarə etdiyi “Mercedes” markalı minik avtomobili hərəkətdə olarkən sərt döngədə avtomaşına nəzarəti itirib. Nəticədə maşın dərəyə yuvarlanıb. Hadisə zamanı sürücü Yavər Nuriyev hadisə yerində dünyasını dəyişib.

Avtomaşında olan mərhumun həyat yoldaşı, 63 yaşlı Püstəxanım Nuriyeva isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Hadisəyə səbəb kimi ilkin olaraq sürücünün sürət həddinin aşması göstərilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm