Bakıda bu ünvanlarda çovğundan qorunmaq olar (SİYAHI)
Bizi izləyin

Qırmızı.az

Bakıda bu ünvanlarda çovğundan qorunmaq olar (SİYAHI)

Bakıda bu ünvanlarda çovğundan qorunmaq olar

Getməyə yeri olmayanlar, öz rayonuna qayıda bilməyənlər, açıq havada işləyənlər üçün sığınacaqlar yaradılıb.

Publika.Az-ın verdiyi xəbərə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kəskin hava şəraitinin hökm sürməsi ilə əlaqədar paytaxt Bakıda müvəqqəti sığınacaqlar təşkil edib.

Nazirlik tərəfindən təşkil edilən sığınacağlar aşağıdakı ünvanlarda fəaliyyət göstərəcək:


1. Nərimanov rayonu, Yaşıl bazarının yanı, Xətai prospekti 11;
2. Nəsimi rayonu, Nəsimi bazarının yaninda, Süleyman Rüstəm küçəsi 69;
3. Nizami rayonu, Xalqlar Dostluğu metro stansiyasının yanında, Q.Qarayev küçəsi 118;
4. Xətai rayonu, Baki kinoteatrının qarşısı, Sarayev küçəsi 20;
5. Yasamal rayonu, Xiyabani küçəsi 211.


Məlumat əldə etmək üçün 142 etimad telefonuna müraciət etmək olar. Sığınacağlarda tibbi xidmət, yataqlar, isti yemək və çay, istilik sistemləri təşkil olunacaq.


Öz rayonuna qayıtmağa çətinlik çəkənlər, açıq havada işləyənlər, faktiki yaşayış evləri uzaq olanlar, müəyyən yaşayış evləri olmayanlar, müvəqqəti isinməyə və ilk tibbi yardıma ehtiyacı olanlar və dıgərləri bu xidmətdən istifadə edə bilərlər.

***

Sığınacaqlarda yaşayış yerinə getməkdə, o cümlədən rayondan müvəqqəti olaraq Bakıya gəlmiş və yenidən öz rayonuna qayıtmaqda çətinlik çəkənlər, açıq havada səyyar işləyənlər, faktiki yaşayış yeri uzaqda olanlar, yaşayış və ya gecələmək üçün yeri olmayanlar (küçə uşaqları, atılmışlar və s.), yaxud müvəqqəti isinməyə və ilk yardıma ehtiyac duyan vətəndaşlar 24 saat ərzində yataqla, 3 dəfə isti yemək və çayla, istiliklə, lazım gəldikdə tibbi xidmətlə təmin olunurlar.

Səyyar sığınacaqlara ehtiyacı olanlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 –Qaynar xətti ilə əlaqə saxlaya bilərlər.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm