AZAL-dan Nyu York biletləri şoku
Bizi izləyin

Qırmızı.az

AZAL-dan Nyu York biletləri şoku

AZAL-ın Bakı - Nyu York aviareyslərinin uçuş vaxtı və qiymətləri məlum olub.

Axar.az xəbər verir ki, sentyabrın 24-dən Bakıdan Nyu Yorka birbaşa reys olacaq. Ancaq qiymətlər eyni istiqamətdə uçan digər aviaşirkətlərlə müqayisədə bahadır. Belə ki, Bakı-Nyu York-Bakı reysi üzrə ekonom-klass paketi gediş-gəliş biletinin qiyməti 997 manatdır.

Birtərəfli uçuş isə 630 manata başa gəlir. Eyni istiqamətə biznes-klasda ikitərəfli uçuş biletinin qiyməti isə 3353 manatdır. Nyu Yorka birbaşa uçuş təşkil edən bir çox aviaşirkətlərdə isə qiymətlər bu rəqəmlərdən aşağıdır.

Dünyanın avia nəhənglərindən sayılan Böyük Britaniyanın “Britiş Airvays” ("British Airways") şirkətində London üzərindən eyni istiqamətdə ekonom-klass paketi üzrə biletlər 822 manatdır. Digər avia-nəhəng, Almaniyanın "Lufthans" şirkəti Frankfurt üzərindən eyni istiqamətə 969 manata, Avstriyanın "Austrian Airlaynes" şirkəti isə Vyana üzərindən 961 manata biletlər təklif edir.

Xatırladaq ki, AZAL qiymətləri yüksək səviyyəli xidmətə görə təyin etdiklərini açıqlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm