7 illik ər-arvad doğma bacı-qardaş çıxdı - FOTO
Bizi izləyin

Qırmızı.az

7 illik ər-arvad doğma bacı-qardaş çıxdı - FOTO

Qadın öz doğma anasının axtarışına çıxdı, nəticədə doğma qardaşı ilə evli olduğunu öyrəndi.

Ailem.az-ın Daily mail-ə istinadən xəbərinə görə, fərqli şəhərlərdən olan 39 yaşlı Adriana və onun 37 yaşlı əri Leandro artıq 7 ildir evlidir və 6 yaşında bir qızları var.

Uzun müddətdən sonra doğma anasını axtaran Adriana qardaşı ilə evli olduğunu öyrənib. Demə, cütlük doğma bacı-qardaş imiş.

Adriana hələ bir yaşındaykən anası Maria onu tərk edib və qızcığaz atasının himayəsində böyüyüb. Oğlunu özü ilə aparan ana, 8 yaşına çatanda oğlunu da atıb. Leandro indiyə kimi anası bildiyi başqa qadının himayəsində yaşayıb. İlk evliliyi uğursuz nəticələnən Leandro sonra Adriana ilə tanış olub və evləniblər.

Televiziya proqramı vasitəsilə anasına qovuşan Adriana, anası ‟mənim Leandro adlı bir oğlum da var‟ deyəndə şoka düşüb. Adriana qardaşının-ərinin bu xəbərdən sonra onu tərk edib gedəcəyindən qorxuya düşür.

Ancaq cütlük öz açıqlamasında bunları deyib: “Əvvəl hər ikimizin də anasının adının Maria olmasını təsadüf hesab edirdik. Belə bir şey olacağını düşünməzdik. Əlbəttə, bunu əvvəldən bilsəydik, hər şey tamam başqa olardı. İndi bizi ancaq ölüm ayıra bilər. Demək, Allah belə olmasını istəyib ki, belə də olub. Biz bir-birimizi çox sevirik. Bizim çoxlu planlarımız var və heç nə bizi ayıra bilməz”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm