Tanınmış jurnalist polis tərəfindən saxlanıldı
Bizi izləyin

Qırmızı.az

Tanınmış jurnalist polis tərəfindən saxlanıldı

Türkiyənin tanınmış jurnalisti, bir çox qalmaqallı və məxfi məlumatların müəllifi olan “Taraf” qəzetinin müxbiri Mehmet Baransu polis tərəfindən saxlanılıb.

ANS PRESS-in xəbərinə görə, bu barədə məlumatı Baransu sosial şəbəkədəki səhifəsind yayıb.

Barəsində axtarış qərarı olan Baransu tvitter səhifəsində saxlanıldığını yazıb:

“Saxlanıldım. Polis tərəfindən təzyiqə məruz qaldım. Çağlayandayam”. (Çağlayan – İstanbulda Ədliyyə binasının olduğu məhəllə)

“Sabah” qəzeti xəbəralma xidmətinin rəhbəri Nazif Karaman isə tvitter səhifəsində Baransunun məhz Ədliyyə binasınn qarşısında saxlanıldığını yazıb.

“Mehmet Baransu barəsində yaxalanma qərarı vardı. Ədliyyə binası önünə gələcəyi təqdirdə saxlanılması üçün tədbir görülmüşdü. Gəldi və saxlanıldı”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm