Az ağır və yüngül xəsarət növlərinin siyahısı təsdiqləndi
Bizi izləyin

Qırmızı.az

Az ağır və yüngül xəsarət növlərinin siyahısı təsdiqləndi

Azərbaycan hökuməti az ağır və yüngül xəsarət növlərinin siyahısını təsdiq edib.


Nazirlər Kabinetindən Trend-ə bildiriblər ki, sağlamlığın 21 gün və daha uzun müddətdə pozulması ilə nəticələnən, ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla (10%-dən 33%-ə qədər), dayanıqlı itirilməsi ilə nəticələnən xəsarətlər az ağır xəsarətlər hesab ediləcək.


Sağlamlığın qısa müddətdə (21gündən az) pozulmasına səbəb olan xəsarətlər, 11-12-ci qabırğalar istisna olmaqla, bir qabırğanın fraqmentlərinin yerini dəyişməyən sınığı, burun sümüyünün cərrahi müdaxilə tələb etməyən deformasiyasız sınığı, əl və ayaq barmaqlarının falanqa sümüklərinin sadə (yerini dəyişməyən, qəlpəsiz) sınıqları (əllərin 1-ci barmaq­ları, ayaqların 1, 2 və 3-cü barmaqları istisna olmaqla), cərrahi tikilən və ya cərrahi tikişə ehtiyacı olan yaralar, baş beyin silkələnməsi, sağlamlığı qısa müddətə pozan digər zədələnmələr, əmək qabiliyyətinin cüzi (10%-ə qədər) dayanıqlı itirilməsinə səbəb olan zədələnmələr yüngül xəsarətlər hesab ediləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm