Qırmızı.az
Hansı xəstəliklər ağır xəsarət hesab ediləcək?
Azərbaycan hökuməti ağır xəsarət növünün siyahısını təsdiq
edib.
Nazirlər Kabinetindən Trend-ə bildiriblər ki, ağır xəsarət növünə
aşağıdakı xəstəliklər şamil ediləcək:
1.1. Həyat üçün təhlükəli olan zədələnmələr bədən xəsarəti,
xəstəlik və ya patoloji vəziyyət halında ola bilər.
1.2. Həyat üçün təhlükəli olan xəsarətlər aşağıdakılardır:
1.2.1. kəllə boşluğuna keçən yaralar (baş beyin toxumasının
zədələnib-zədələnməməsindən asılı olmayaraq);
1.2.2. kəllə tağı və kəllə əsası sümüklərinin tam sınıqları;
1.2.3. baş beynə təzyiq edilməsi (sıxılması) və ya edilməməsi
(sıxılmaması) ilə nəticələnən ağır dərəcəli beyin əzilmələri, beyin
kötüyünün zədələnməsi simptomları ilə müşayiət edilən orta dərəcəli
beyin əzilmələri;
1.2.4. həyat üçün təhlükəli olan kəllədaxili epidural, subdural və
ya subaraxnoidal qansızmalar;
1.2.5. onurğa kanalına keçən yaralar (onurğa beyninin
zədələnib-zədələnməməsindən asılı olmayaraq);
1.2.6. boyun fəqərələrinin sınıq-çıxığı, cisimlərinin və ya hər iki
qövsünün sınıqları, yaxud birinci və ya ikinci boyun fəqərələrinin
qövsünün birtərəfli sınıqları (onurğa beyni funksiyasının
pozulmasından asılı olmayaraq);
1.2.7. boyun fəqərələrinin çıxıqları;
1.2.8. onurğa beyninin boyun şöbəsinin qapalı zədələri;
1.2.9. onurğa beyni funksiyasının pozulması ilə və ya kliniki
təsdiq edilmiş ağır dərəcəli şokla nəticələnən bir və ya bir neçə
döş, yaxud bel fəqərələrinin sınıqları, yaxud sınıq-çıxıqları;
1.2.10. ağır onurğa şoku və ya çanaq üzvlərinin funksiyasının
kəskin pozulması ilə müşayiət olunan onurğa beyninin döş, bel və
oma seqmentlərinin qapalı zədələri;
1.2.11. udlağın, qırtlağın, traxeyanın və yemək borusunun daxilə
keçən yaraları;
1.2.12. ağır dərəcəli şokla və tənəffüsün pozulması ilə və ya həyat
üçün başqa təhlükəli təzahürlərlə müşayiət edilən, selikli qişanın
cırılması ilə olan qırtlaq, traxeya qığırdaqlarının və dilaltı
sümüyün qapalı sınıqları;
1.2.13. döş qəfəsinin plevra və ürək kisəsi boşluqlarına,
divararalığına keçən yaraları (daxili üzvlərin
zədələnib-zədələnməməsindən asılı olmayaraq);
Qeyd. Əgər hemopnevmotoraks əlamətləri yoxdursa,
dərialtı emfizema məhdud xarakterlidirsə və yara kanalı plevra
boşluğuna keçməmişdirsə, belə hallarda döş qəfəsi yaralanmalarında
aşkar olunmuş dərialtı emfizema daxilə keçən xəsarət əlaməti kimi
qiymətləndirilməməlidir.
1.2.14. qarnın periton boşluğuna keçən yaraları, o cümlədən
peritonarxası üzvlərin (böyrəklərin, böyrəküstü və mədəaltı
vəzilərin və s.) açıq yaraları, sidik kisəsinin, düz bağırsağın
yuxarı və orta şöbələrinin həmin üzvlərin boşluğuna keçən yaraları
(daxili üzvlərin zədələnib-zədələnməməsindən asılı olmayaraq);
1.2.15. döş qəfəsinin, qarnın, çanaq boşluğu üzvlərinin, eləcə də
peritonarxası üzvlərin bu Siyahının 1.3-cü bəndində göstərilən
xəstəliklər və patoloji vəziyyətlərdən hər hansı biri və ya bir
neçəsi ilə müşayiət olunan qapalı zədələnmələri;
1.2.16. uzunborulu sümüklərin: bazu, bud və qamış sümüklərinin
açıq sınıqları;
Qeyd. Mil, dirsək və incik sümüklərinin açıq
sınıqlarının, bazu, bud və qamış sümüklərinin qapalı
sınıqlarının, həmçinin iri oynaqların (bazu, dirsək, mil-bilək,
bud-çanaq, diz və ya aşıq-baldır) açıq və qapalı zədələrinin
ağırlıq dərəcəsi onların bu Siyahının 1.3-cü bəndində göstərilən
vəziyyətləri törətməsi və ya əmək qabiliyyətinin dayanıqlı
itirilməsi əlamətlərinə əsasən təyin edilməlidir.
1.2.17. ağır dərəcəli şok və ya çoxlu qanitirmə ilə, yaxud sidik
kanalının mağaralı hissəsinin cırılması ilə müşayiət edilən çanaq
sümüklərinin sınıqları;
1.2.18. ağır dərəcəli şoka və ya kollaps törətmiş çoxlu
qanitirməyə, klinik nəzərəçarpan piy və ya qaz emboliyasına, kəskin
böyrək çatışmazlığı əlamətləri ilə müşayiət olunan travmatik
toksikoza səbəb olan zədələr;
1.2.19. iri qan damarlarının zədələnmələri: aortanın, yuxu (ümumi,
xarici və daxili), körpücükaltı, qoltuqaltı, bazu, qalça, bud,
dizaltı arteriyaların və onları müşayiət edən venaların
zədələnmələri;
Qeyd. Digər periferik damarların (başın, üzün,
boynun, saidin, əlin, baldırın, ayaq pəncəsinin) zədələnmələri
həyat üçün konkret təhlükə (çoxlu qanitirmə, təsdiq olunmuş ağır
dərəcəli şok) törətməsindən asılı olaraq qiymətləndirilməlidir.
1.2.20. bədən səthinin 15 faizdən çox sahəsini əhatə edən III-IV
dərəcəli termiki yanıqlar və donmalar, bədən səthinin 20 faizdən
çox sahəsini əhatə edən III dərəcəli termiki yanıqlar və donmalar,
bədən səthinin 30 faizdən çox sahəsini əhatə edən II dərəcəli
termiki yanıqlar və donmalar, eləcə də az sahəsini əhatə edən,
lakin ağır dərəcəli şok törədən yanıqlar və donmalar, səs yarığının
ödemi və daralması əlamətləri ilə müşayiət olunan tənəffüs
yollarının termiki yanıqları;
1.2.21. yerli təsirdən başqa, həyat üçün təhlükəli olan ümumi
toksiki təsir göstərən qatı turşuların, aşındırıcı qələvilərin və
digər kimyəvi birləşmələrin, müxtəlif yandırıcı maddələrin
törətdikləri yanıqlar;
1.2.22. həyat üçün təhlükəli əlamətlər kompleksi (beyin qan
dövranının pozulması, huşun itməsi, amneziya və s.) ilə aydın
nəzərəçarpan və obyektiv əlamətlərlə təsdiq olunan boyun
üzvlərinin sıxılması və mexaniki asfiksiyanın digər növləri.
1.3. Bu Siyahının məqsədlərinə görə həyat üçün təhlükəli olan
xəstəlik və ya patoloji vəziyyətlər aşağıdakılardır:
1.3.1. müxtəlif etiologiyalı ağır dərəcəli (III-IV dərəcələr)
şok;
1.3.2. müxtəlif etiologiyalı koma;
1.3.3. massiv (çoxlu) qanitirmə;
1.3.4. kəskin ürək və ya damar çatışmazlığı;
1.3.5. kəskin böyrək və ya qara ciyər çatışmazlığı;
1.3.6. ağır dərəcəli kəskin tənəffüs çatışmazlığı;
1.3.7. irinli-septik vəziyyət;
1.3.8. daxili üzvlərin infarktı, ətrafların qanqrenası, baş beyin
damarlarının emboliyası (hava və piy), tromboemboliya ilə
nəticələnən qan dövranı pozuntuları;
1.3.9. həyat üçün təhlükəli olan vəziyyətlərin müştərəkliyi.
1.4. Həyat üçün təhlükəli olmayan, lakin nəticələrinə görə ağır
hesab edilən xəsarətlər aşağıdakılardır:
1.4.1. görmənin itirilməsi, yəni hər iki gözdə tam daimi (dayanıqlı
) korluq və yaxud 2 metr və ondan az məsafədə barmaqların sayıla
bilməməsinə qədər görmənin itməsi vəziyyəti (görmə itiliyi 0,04 və
daha az);
1.4.2. bir gözdə görmənin tam itməsi;
Qeydlər:
1. Kor gözün çıxarılmasına səbəb olan zədələnmə sağlamlığın pozulma
müddətinə görə qiymətləndirilməlidir.
2. Görmə qabiliyyəti, əvvəldən zəifləmiş (1,0-dan aşağı) gözlərdə
görmənin itirilməsi barədə Azərbaycan Respublikasının Səhiyyə
Nazirliyi tərəfindən qəbul olunmuş faiz cədvəlinə görə təyin
edilir.
1.4.3. eşitmənin itməsi, yəni tam karlıq və yaxud zərərçəkənin
danışıq nitqini hər iki qulaq seyvanından 3-5 sm məsafədə
eşitməməsi kimi bərpa olunmayan vəziyyət;
1.4.4. bədənin hər hansı bir üzvünün və yaxud onun funksiyasının
itirilməsi:
1.4.4.1. dilin (nitqin) itirilməsi, yəni öz fikrini ətrafdakılara
başa düşülən, aydın səslərlə çatdırmağı bacarmamaq;
1.4.4.2. qol və ya qıçın itirilməsi-onların gövdədən ayrılması və
ya dirsək, diz oynaqları səviyyəsindən aşağı olmamaqla
amputasiyaları və yaxud funksiyasının itirilməsi (iflic və ya
onların fəaliyyətini tam pozan digər vəziyyət);
Qeyd. Digər hallar isə ətrafın hissəvi itirilməsi
kimi hesab edilməli və ümumi əmək qabiliyyətinin daimi (dayanıqlı)
itirilməsi əlamətinə görə qiymətləndirilməlidir.
1.4.4.3. nəsiltörətmə qabiliyyətinin itirilməsi-cinsi əlaqədə olma,
mayalandırma, döllənmə və doğuş qabiliyyətinin itməsi.
1.5. Psixi pozuntuya və ya ruhi xəstəliyə səbəb olma.
1.6. Əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla, daimi
(dayanıqlı) itirilməsi.
1.7. Peşəkar əmək qabiliyyətinin tam itirilməsi.
1.8.Xəsarətlə birbaşa səbəbli əlaqəsi olan, müddətindən asılı
olmayaraq hamiləliyin pozulması.
1.9. Narkomaniya və ya toksikomaniyaya səbəb olma.
1.10. Sifətdə bərpa olunmayan xəsarətlər.
Qeydlər:
1. Sifətdə, eləcə də qulaq seyvanında vaxt keçdikcə bərpa olunmayan
və onların aradan qaldırılması üçün cərrahi müdaxilə (plastik və
rekonstruktiv əməliyyatlar) tələb olunan patoloji dəyişikliklər
(çapıqlar, burnun və qulağın hissəvi, eləcə də tam amputasiyaları,
deformasiya, mimika və çeynəmə pozuntuları, kəskin nəzərəçarpan
asimmetriya və s.) nəzərdə tutulur.
2. Vaxt keçdikcə öz gedişi boyu, eləcə də qeyri-cərrahi vasitələrlə
əhəmiyyətli dərəcədə bərpa olunan, çəkilib gedən xəsarətlər isə
sifətin bərpa olunmayan xəsarətləri hesab edilmir və xəsarət
növlərinin digər dərəcələrindən birinə aid edilir.
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi
-
Qoroskop13:25
Gecə 03:48-də başladı: mayın 10-a qədər... - Astroloqdan ŞOK XƏBƏRDARLIQ
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub