Təhsil naziri əmr verdi
Bizi izləyin

Qırmızı.az

Təhsil naziri əmr verdi

Təhsil Nazirliyinin 2014-2015-ci tədris ilində ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada, müsabiqə yolu ilə həyata keçirilib. Nəticələrə əsasən, müsabiqədə iştirak etmək üçün ərizə vermiş 17962 nəfərdən 1304-ü vakant müəllim vəzifələrini tutmaq hüququ qazanıb.

Publika.az-ın məlumatına görə, təhsil naziri Mikayıl Cabbarov müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri barədə əmr imzalayıb. Əmrdə müsabiqənin nəticəsi olaraq boş qalan, yerlərdən daxil olan məlumatlar əsasında yeni yaranmış vakant yerlərin təhlilinin aparılması və müsabiqədə iştirak edib keçid balını toplayan, lakin heç bir yer tutmayanlar üçün cari ilin avqustun 31-dək əlavə yerləşdirmə aparılması tapşırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm