Müəllimlərin işə qəbulu başa çatdı
Bizi izləyin

Qırmızı.az

Müəllimlərin işə qəbulu başa çatdı

İyulun 30-31 və avqustun 1-də müəlimlərin işə qəbulu üzrə keçirilmiş imtahanların nəticələrinə görə 1304 nəfər vakant müəllim vəzifələrini tutmaq hüququ qazanıb. Müsabiqəyə 2975 vakant yer çıxarılıb. Müsabiqədə iştirak etmək üçün 1-15 iyul 2014-cü il tarixlərində 17962 nəfər ərizə verib, onlardan 16810 nəfərin ərizəsi təsdiqlənərək müsabiqənin ikinci mərhələsinə, test imtahanlarına buraxılıb.

Bu barədə Publika.az-a Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib

İmtahanlar iyul ayının 21-dən 27-dək davam edib. İmtahanlarda iştirak etmiş 13544 nəfərdən 1837-si müsabiqənin üçüncü mərhələsinə-müsahibəyə buraxılıb.

Ötən ildən fərqli olaraq bu il işə qəbul üzrə müsabiqə qısa müddətdə yekunlaşıb, imtahan mərhələsi 1 həftə müddətində, müsahibələr isə 3 gün ərzində keçirilib.

Vakant qalan yerlər, həmçinin yeni yaranmış vakansiyalar bir daha təhlil ediləcək və əlavə yerləşdirmə aparılacaq. Müsabiqədə iştirak edərək keçid balını toplayan, lakin vakant yer tutmaq hüququ qazanmayanlar 25-29 avqust 2014-cü il tarixlərində “Şəxsi səhifə”sinə daxil olaraq vakant yerlərdən ən çoxu 4-nü seçə bilərlər. 29 avqust 2014-cü il tarixində saat 18:00-da əlavə yerləşdirmə başa çatacaq, dərhal yerləşdirmə aparılacaq və vakant yer tutmaq hüququ qazananlar üçün sentyabrın 1-də müsahibə keçiriləcəkdir. Müsahibənin vaxtı və yeri barədə “Şəxsi səhifə”yə məlumat göndəriləcək.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm