Qadınları aldadan kişi tutuldu
Bizi izləyin

Qırmızı.az

Qadınları aldadan kişi tutuldu

Dələduzluqda təqsirləndirilən Qazax rayon sakini tutulub.

Binəqədi Rayon Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, Aqil İsmayılov vətəndaşların etibarından sui-istifadə etməkə, onları işə düzəldəcəyinə söz verib və külli miqdarda pullarını mənimsəyib.

Belə ki, A. İsmayılov zərərçəkən Gülşad Hüseynovanın 4000 manat pulunun götürərək geri qaytarmaq istəməyib. Ətrafında aparılmış əməliyyat tədbirləri zamanı məlum olub ki, onun “qurbanları” bununla bitmir. A.İsmayılov Abşeron rayon sakinləri Mehparə Dövlətovadan 1373 manat, Arzu Məmmədovadan 1500 manat, Namiq Yusifovdan 2500 manat, Toğrul Səlimzadədən isə 1073 manat pul alıb.

Saxlanılan şəxsin digər rayonlarda da sakinlərə vurmuş olduğu maddi ziyanın miqdarı araşdırılır.

Faktla bağlı cinayət işi başlanıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm