Anasını öldürdü, qardaşı arvadını yaraladı
Bizi izləyin

Qırmızı.az

Anasını öldürdü, qardaşı arvadını yaraladı

İmişlidə bir nəfərin ölümü, digərinin yaralanması ilə nəticələnən ailə faciəsi baş verib. Rayon Prokurorluğundan Publika.az-a bildirilib ki, hadisə rayonunun Qaralar kəndində qeydə alınıb. Etibar Məmmədov anası Gövhər Məmmədovaya və qardaşının arvadı Tünzalə Məmmədovaya bıçaqla xəsarət yetirib. Yaralılar dərhal xəstəxanaya çatdırılsa da, ürəyindən xəsarət alan yaşlı qadın G.Məmmədova yolda keçinib. Polis tərəfindən tutulan E. Məmmmədov ifadəsində hadisəni ailə-məişət münaqişəsi zəminində törətdiyini, anası və gəlinləri ilə yola getmədiyini etiraf edib.

Qeyd edək ki, onun əvvəllər məhkum olunduğu və əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Hadisənin təfərrüatları ataşdırılır. E.Məmmədov barəsində İmişli Rayon Prokurorluğunda cinayət işi başlanıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm